Ödəniş kartınızı 1 kliklə sifariş edin - "myAccess"də daha bir yenilik!


Digərləri 11 Fev 2019 17:20:07 194 0

Ödəniş kartınızı 1 kliklə sifariş edin - "myAccess"də daha bir yenilik!

Artıq ödəniş kartı sifariş etmək üçün filiala getməyə ehtiyac yoxdur.

Bakı. "myAccess" həyatınızı asanlaşdırmağa davam edir! Artıq ödəniş kartı sifariş etmək üçün filiala getməyə ehtiyac yoxdur. Bu xidmət "myAccess" istifadəçiləri üçün bir klik qədər yaxın oldu. "AccessBank"dan Trend-ə verilən məlumata görə, bankın müştəriləri yeni "Visa" və "Mastercard" debit kartlarını "myAccess" onlayn bankçılıq xidməti vasitəsilə sifariş edə bilərlər. Müraciətə bank tərəfindən operativ şəkildə baxıldıqdan sonra müştəri kartı hansı filialdan əldə edəcəyini özü seçəcək. Siz də həyatınızı asanlaşdırmaq istəyirsinizsə, "myAccess" xidmətinə pulsuz qoşulun!