Sumqayıtda sələmçi qadını öldürən şəxsə 10 il cəza verildi


Digərləri 11 Fev 2019 17:13:03 165 0

Sumqayıtda sələmçi qadını öldürən şəxsə 10 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 10 il azadlıqdan məhrum edilib.