Yanvarda Azərbaycanda gündəlik neft hasilatı 793 min barrel olub


Digərləri 11 Fev 2019 16:51:00 150 0

Yanvarda Azərbaycanda gündəlik neft hasilatı 793 min barrel olub

Cari ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı 793 min barrel olub

Bakı. Azərbaycanda yanvar ayı üzrə gündəlik neft hasilatı 793 min barrel olub. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunun 720 min barrelini xam neft, 73 min barrelini kondensat təşkil edib. Gündəlik 598 min barrel xam neft, 73 min barrel kondensat, 16 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.