Millət vəkili gileyləndi "Feysbuk"da dostuq, bir dəfə telefonda danışmışam...


Digərləri 11 Fev 2019 16:33:00 239 0

Millət vəkili gileyləndi  "Feysbuk"da dostuq, bir dəfə telefonda danışmışam...

"Zəng edəndə adınızı və xahişinizi deyin"

"Zəng edəndə adınızı və xahişinizi deyin"

Son.az xəbər verir ki, Milli Məclisin komitə sədrinin müavini, YAP İcra Katibliyinin şöbə müdiri Aydın Mirzəzadə "facebook" sosial şəbəkəsi vasitəsilə ona zəng edənlərə müraciət edib.

Millət vəkili gün ərzində onunla telefonda ünsiyyətdə olduğu bəzi şəxslərin özlərini təqdim etməməsindən gileylənib:

"Bir qayda olaraq zəng etdiyim adama ilk növbədə öz adımı, soyadımı və vəzifəmi deyirəm. Tez-tez danışdığım və telefon nömrəmi yaddaşa yazdığına əmin olduğum insanlar istisna olmaqla. Ancaq bəzən mənə zəng gəlir və belə dialoq gedir:

- Salam, Aydın müəllim.

- Salam, eşidirəm, buyurun.

- Deyəsən, məni tanımadınız?

- Adınızı deyin tanıyaram.

- Sizinlə "feysbuk"da dostuq, bir dəfə sizinlə telefonda danışmışam, bir dəfə isə tədbirdə görüşmüşük.

- Adınızı deyin, mən sizi eşidirəm.