Azərbaycan ədəbiyyatı Belarusda təqdim olunub


Digərləri 11 Fev 2019 16:38:54 229 0

Azərbaycan ədəbiyyatı Belarusda təqdim olunub

“Müasir Azərbaycan ədəbiyyatı antologiyası – Poeziya” kitabı XXVI Minsk Beynəlxalq Kitab Sərgisində təqdim edilib.

Bakı. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, milli ədəbiyyatın beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində ərsəyə gətirdiyi Belarus dilində “Müasir Azərbaycan ədəbiyyatı antologiyası – Poeziya” kitabı XXVI Minsk Beynəlxalq Kitab Sərgisində təqdim edilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, Belarus Milli Kitabxanasında baş tutan tədbirdə Belarusun ədəbi ictimaiyyəti, mətbuat nümayəndələri, qiraət ustaları iştirak edib. Kitaba daxil edilən şeirləri Belarus dilinə tərcümə etmiş tanınmış şair-tərcüməçilər – Naum Qalperoviç, Tatyana Sivets, Yuliya Aleyçenko və Valeriya Sarotnik çıxış edərək, Azərbaycan–Belarus ədəbi-mədəni əlaqələrinin inkişafından, xalqlararası anlaşmanın körpüsü olan bu mübadilələrin müstəsna əhəmiyyətindən danışıblar.