Bayer Münich koreyalılara kömək edəcək


İdman 11 Fev 2019 16:14:00 197 0

Bayer Münich koreyalılara kömək edəcək

Bayer Münich Cənubi Koreya Futbol Federasiyası ilə əməkdaşlıq müaviləsi imzalayıb.

Goal.az xəbər verir ki, alman klubu Cənubi Koreyada məşqçilər və futbolçular üçün məşq düşərgəsi yaradacaq. Həmçinin tərəflərin gənc komandaları arsında yoldaşlıq oyunları keçiriləcək.

“Cənubi Koreya futbol sistemi inkişafdadır. Burada perspektivli futbolçular kifayət qədərdir. Ölkə futbolunun inkişafını dəstəkləmək bizim üçün xoşdur”, - Bayer Münich-in nümayəndəsi Karl Xaynts Rummenige deyib.

Qeyd edək ki, alman klubu ötən il Yaponiya ilə analoji müqavilə bağlayıb.

FC Bayern München chairman Karl-Heinz Rummenigge and Myung-bo Hong, KFA executive director and South Korea’s most capped player during an announcement of FC Bayern’s partnership with KFA in Munich. — Picture courtesy of fcbayern.com