Sumqayıtda sələmçi qadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu


Digərləri 11 Fev 2019 16:04:00 249 0

Sumqayıtda sələmçi qadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə tapılıb.