Şəkidə X sinif şagirdi özündən böyük şəxsi bıçaqlayıb


Digərləri 11 Fev 2019 15:27:00 270 0

Şəkidə X sinif şagirdi özündən böyük şəxsi bıçaqlayıb

Şəki rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Son.az report-a istinadən xəbər verir ki, Şəki şəhər sakinləri - 2003-cü il təvəllüdlü Məmməd Əyyubov mübahisə zəminində 2001-ci il təvəllüdlü Nəzir Adil oğlu Abdullazadəni bıçaqlayıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona bel nahiyəsinin sağ və sol tərəflərinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Qeyd edək ki, M.Əyyubov Şəki şəhərindəki ümumtəhsil məktəblərindən birinin X sinif şagirdidir.