Ötən il Azərbaycanda 5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb


Digərləri 11 Fev 2019 15:22:00 182 0

Ötən il Azərbaycanda 5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb

2018-ci ildə Azərbaycanda 256 ha torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 5657 ha torpaq sahəsinin icarəyə, 8 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri və ya iddiaları əsasında bələdiyyələr və müvafiq məhkəmələr tərəfindən ləğv edilib.

Bakı. Elçin Mehdiyev - 2018-ci ildə Azərbaycanda 256 ha torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 5657 ha torpaq sahəsinin icarəyə, 8 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri və ya iddiaları əsasında bələdiyyələr və müvafiq məhkəmələr tərəfindən ləğv edilib. Trend-in məlumatına görə, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2018-ci il üzrə məruzə”də deyilir.