Daha bir yüksək vəzifəli şəxs Sarqsyanın partiyasını tərk etdi


Dünya 11 Fev 2019 15:04:00 217 0

Daha bir yüksək vəzifəli şəxs Sarqsyanın partiyasını tərk etdi

Ermənistan parlamenti sədirinin keçmiş müavini Arpina Ovannisyan keçmiş hakim Respublikaçılar Partiyasında fəaliyyətini dayandırıb.

Son.az report-a istinadən xəbər verir ki, o, bu barədə özünün "facebook" səhifəsində yazıb.

"16 il dövlət xidmətindən sonra 2018-ci ildə keçirilən parlament seçkiləri yeni fəaliyyət istiqaməti barədə fikirləşməyimə səbəb oldu", - o yazıb.