“Azəriqaz” abunəçilərinin sayı 2,2 milyona çatıb


Digərləri 11 Fev 2019 14:44:53 185 0

“Azəriqaz” abunəçilərinin sayı 2,2 milyona çatıb

2019-cu ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 479 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 904-ü Bakı, Abşeron və Sumqayıt, 5 575-i isə regionlar üzrədir.

Bakı. 2019-cu ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 479 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 904-ü Bakı, Abşeron və Sumqayıt, 5 575-i isə regionlar üzrədir. Birlikdən Trend-ə verilən məlumata görə, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.