2018ci ildə dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb


Digərləri 11 Fev 2019 14:19:00 205 0

2018ci ildə dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb

Ötən il ərzində Sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 64 patent qeydiyyata alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu məlumat "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda konfransda açıqlanıb.

Məlumata görə, patentlərdən 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye müəssisələrinə dair 24 patent qeydiyyata alınıb. Onlardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur.