Bakıda iş yoldaşını qətlə yetirən şəxsə 17 il cəza verildi


Digərləri 11 Fev 2019 13:58:00 174 0

Bakıda iş yoldaşını qətlə yetirən şəxsə 17 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 17 il azadlıqdan məhrum edilib.