Faiq Ağayev: “Gəl, bir öp”


Şou-biznes 11 Fev 2019 13:19:00 416 0

Faiq Ağayev: “Gəl, bir öp”

Azərbaycanın xalq artisti, Qızıl şlyager Faiq Ağayev qarşıdan gələn 14 fevral Sevgililər Gününə məxsusi hazırlaşır. Belə ki, xalq artisti məhz həmin gün "Gəl, bir öp" adlı yeni mahnısını pərəstişkarlarına təqdim edəcək. 

Son.az news24.az-a istinadla xəbər verir ki, xalq artisti Azərbaycanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən müğənni Səbinə Babayevanın musiqisini öz repertuarına əlavə edib: "3 il öncə bu mahnını mənə istedadlı həmkarım, "Eurovision" təmsilçimiz müğənni Səbinə Babayeva təqdim etdi. Sözlərini də duyğulu şerlər müəllifi, sevimli Leyli Erol - İsrafilova yazdı.