Bakı-Şamaxı avtomobil yolunda hərəkət sürəti artırılır


Digərləri 11 Fev 2019 13:07:00 207 0

Bakı-Şamaxı avtomobil yolunda hərəkət sürəti artırılır

Bakı-Şamaxı avtomobil yolunda hərəkət sürəti artırılır

Bakı. Samir Əli - Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunda tələb olunan yerlərdə nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin aşağı və yaxud yuxarı həddə tənzimlənməsi ilə əlaqədar olaraq yol nişanlarının quraşdırılması işlərinə başlanılıb. AAYDA-dan Trend-ə verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunun 28-101-ci km-lik hissəsində 90 km/saat yol nişanları 110 km/saat yol nişanları ilə əvəz edilir.