Qattuzo az yeyir, çox qaçır


İdman 11 Fev 2019 11:46:00 238 0

Qattuzo az yeyir, çox qaçır

Milan-ın baş məşqçisi Cennaro Qattuzo İtaliya çempionatı çərçivəsində Cagliari üzərində qələbədən (3:0) danışıb.

Goal.az xəbər verir ki, mütəxəssis komandasının motivasiyasından bəhs edib.

“Yaxşı oynadıq. Amma birinci yarıda müdafiəçilərimiz səhvə yol verdi. Matça nəzarəti bir müddət itirdik. Əvvəllər hücum xətti ilə müdafiə arasında balans pozulmuşdu. Bu dəfə əlaqələr gözlənildi. Motivasiya artıq var. Sevinirəm ki, futbolçularım komanda şəklində oynamağa başlayıb. Son illər Milan yaz aylarına Çempionlar Liqası uğrunda mübarizədən kənarda qədəm qoyur. Bu ənənəni aradan qaldırmaq vacibdir. Mövsümün sonuna istədiyimiz kimi getməliyik. Milan indi mənim istədiyim oyunu göstərir. Müdafiə ilə hücum xəttində balans yarada bilmişik. Balans son 5-6 matçda özünü göstərir”,- Qattuzo deyib.

Baş məşqçi son vaxtlar arıqlamasına da münasibət bildirib: “Bəziləri bunu stresslə əlaqələndirir. Belə deyil. Kilo verəndən sonra özümü daha rahat hiss edirəm. 120 sm boyu olan birinin 100 kq çəkiyə malik olması bir az utandırıcıdır. Buna görə çəkimi azaltdım. İndi az yeyirəm, çox qaçıram”.