DİQQƏT! Bakıda suçiçəyinə bənzər virus yayılıb


Digərləri 11 Fev 2019 12:14:00 217 0

DİQQƏT! Bakıda suçiçəyinə bənzər virus yayılıb

Artıq bir müddətdir ki, Bakıda koksaki adlı virus yayılmağa başlayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, daha çox uşaqlarda rast gəlinən bu xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə özünü səpkilərə biruzə verir. Səpkilər əsasən ovucda, ağız ətrafında, dizdə və bədənin büküş hissələrində yaranır.  

Səpkilərin formasına görə suçiçəyinə bənzəsə də, həkimlər bu virusu fərqləndirirlər. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb: