Məktəbli müəllimi və 3 sinif yoldaşını bıçaqladı


Dünya 11 Fev 2019 12:07:00 243 0

Məktəbli müəllimi və 3 sinif yoldaşını bıçaqladı

Belarusun Minsk vilayətində məktəbli müəllimi və sinif yoldaşını qətlə yetirib.

Son.az TASS-a istinadən bildirir ki, faciə Stolbtsı şəhərindəki 2 saylı orta məktəbdə yaşanıb. 15 yaşlı məktəbli əvvəlcə müəllimi, daha sonra 3 sinif yoldaşını bıçaqlayıb. O, qaçıb aradan çıxsa da, milis əməkdaşları onu yaxalayıblar.

Ağır yaralanmış müəllimlə bıçaqlanmış şagirdlərdən biri keçiniblər.