Röya və Zülfiyyə rəqsləri ilə diqqət mərkəzində


Şou-biznes 11 Fev 2019 12:09:00 245 0

Röya və Zülfiyyə rəqsləri ilə diqqət mərkəzində

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Zamiq Hüseynovun Heydər Əliyev sarayında konserti baş tutub.

Son.az axşam.az-a istinadən bildirir ki, konsertə qatılan xalq artisti Zülfiyyə Xanbabayeva və əməkdar artist Röya Ayxan sənətçini ön sıradan izləyib.

Müğənnilər gecənin irəliləyən dəqiqələrində yerlərində dayana bilməyib, səhnənin önündə rəqs ediblər. Onlar əvvəlcə Zamiqin "Uçduq" mahnısının, daha sonra isə "Sən necədə gözəlsən" hitinin sədaları altında oynayıblar.

Onların rəqsi gecənin ən diqqətçəkən məqamlarından olub. Komplekssiz məşhurların bu hərəkəti alqışla qarşılanıb.