Almaniya Energetika Nazirliyi "Cənub Qaz Dəhlizi" ilə qaz alışının perspektivləri barədə (ÖZƏL)


Digərləri 11 Fev 2019 12:00:00 191 0

Almaniya Energetika Nazirliyi "Cənub Qaz Dəhlizi" ilə qaz alışının perspektivləri barədə (ÖZƏL)

Almaniya federal hökuməti Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisini alqışlayır.

Bakı. Ləman Zeynalova - Almaniya federal hökuməti Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisini alqışlayır. Bu barədə Trend-ə Federal İqtisadiyyat və Energetika Nazirliyindən bildiriblər. Qeyd olunub ki, Azərbaycan TAP boru kəməri vasitəsilə təbii qazın nəqli haqqında müqavilənin imzalanması ilə Avropa İttifaqının üzv ölkələri üçün "Cənub Qaz Dəhlizi"ni açdı: "Lakin qaz alışı tamamilə şirkətlərdən asılıdır". Nazirlik Almaniya şirkətlərinin Azərbaycanın neft-qaz sahəsində daha fəal iştirak perspektivlərinə də toxunub: "Biz bilirik ki, Azərbaycan dövlət şirkəti SOCAR ölkənin neft-qaz sektorunda əsas oyunçudur və qarşıdakı bir neçə il ərzində Azərbaycan bu sahədə nüfuzlu investisiya proqramı reallaşdıracaq. Almaniya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna investisiyalarına gəlincə, bu, tamamilə onların qərarlarından asılıdır. Federal hökumət Almaniya şirkətlərinin investisiya qərarlarına təsir göstərmir".