Azərbaycan "Prodekspo2019" sərgisində bu yerli məhsulları təqdim edəcək


Digərləri 11 Fev 2019 11:34:00 199 0

Azərbaycan "Prodekspo2019" sərgisində bu yerli məhsulları təqdim edəcək

Azərbaycan "Prodekspo-2019" sərgisində milli məhsulların geniş spektrini təqdim edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu il yenə də sərginin baş sponsoru olan Azərbaycan "Made in Azerbaijan" stendi ilə təmsil olunacaq.

Kollektiv ekspozisiya təzə kənd təsərrüfatı məhsulları, konservlər, təbii mineral sular, müxtəlif alkoqollu və alkoqolsuz içkilər, çay, qoz, fındıq, quru meyvələr, qənnadı malları və s. təklif edən 31 şirkəti birləşdirəcək.

Bu il Azərbaycan ziyarətçiləri iki stendlə sevindirəcək. Onlardan biri "Spirtli içkilər. Şərab. Pivə" salonundakı milli stenddir. Burada sərgi iştirakçıları Azərbaycanın qədim şərabçılıq ənənələri ilə tanış ola biləcəklər.