“Avtomobilini əzmişdi deyə, maşınımı Elnarəyə vermədim”


Şou-biznes 11 Fev 2019 11:24:00 207 0

“Avtomobilini əzmişdi deyə, maşınımı Elnarəyə vermədim”

Müğənni Zamiq Hüseynov ötən gün baş tutan konserti zamanı illər öncə həmkarı Elnarə Xəlilova ilə yaşadığı olaydan bəhs edib.

Son.az axşam.az-a istinadən bildirir ki, o, sənətçinin yeni nişanlı olduğu vaxt avtomobil qəzası keçirdiyi zamanlardan söhbət açıb.

"Biz Elnarə ilə veriliş aparırdıq. O da ağır qəza keçirmişdi. Gözləri isə çox zəif idi. Verilişdən çıxmadan öncə mənə dedi ki, maşınınla məni istədiyim ünvana düşürərsən? Mən də "əlbəttə" deyə, cavab verdim. Daha sonra "Olar ki, maşını mən sürüm" deyə, sual verdi. Mən də ilk öncə tərəddüd etdim, amma razı oldum. Daha sonra Elnarə "Olar ki, maşını mənə verəsən, özüm sürüb gedəm?" dedi. Mən də "Elnarə, maşın sənə qurbandır" dedim.

Maşınımı təzə almışdım, Elnarə də bir neçə gün öncə qəza etmişdi. Ona avtomobilimi əmanət etməyə qorxurdum. Bilmədim, nə edim. Çölə çıxıb, köməkçimi yığdım.