Kapital Bank Fərdi Bankçılıq bölməsini istifadəyə verdi


Digərləri 11 Fev 2019 11:05:10 232 0

Kapital Bank Fərdi Bankçılıq bölməsini istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir.

Bakı. Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bu məqsədlə Bankın Mərkəz filialı yeni ünvana köçürülüb və filial nəzdində yeni Fərdi Bankçılıq bölməsi istifadəyə verilib. Filial Bakı şəhəri, Bülbül prospekti 60 ünvanında (Gülüstan Resedence) fəaliyyət göstərir. Mərkəz filialının Fərdi Bankçılıq bölməsi xüsusi dizayn əsasında hazırlanaraq müştərilərə ənənəvi bank xidmətləri ilə yanaşı bir sıra yeni xidmətlər də göstərəcək: bank əməkdaşı ilə əvvəlcədən danışılmış görüş vaxtı, ödəniş kartlarının və digər bank sənədlərinin ünvana çatdırılması, şəxsi assistent xidməti, konsyerj vasitəsilə bir sıra xidmətlərin sifarişi, aviabilet və otellərin bron edilməsi, xaricdə olan istənilən məhsulun alınması, sənədləşdirilməsi və ünvana çatdırılması və s. Yeni bölmə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.