Ötən il Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri 20 milyard dollardan çox olub


Digərləri 11 Fev 2019 09:01:53 201 0

Ötən il Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri 20 milyard dollardan çox olub

2018-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 178 ölkədən isə idxal olunub.

Bakı. Elçin Mehdiyev - 2018-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 178 ölkədən isə idxal olunub. Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 31 milyard 755,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 20 milyard 290,9 milyon dollar, idxalın dəyəri 11 milyard 465,0 milyon dollar təşkil edib, nəticədə 8 milyard 825,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, o cümlədən ixrac 31,1 faiz, idxal 30,5 faiz artıb. Real ifadədə isə dövriyyə 0,5 faiz, o cümlədən ixrac 0,6 faiz, idxal 0,2 faiz artıb.