Kimlər gənc alim hesab olunacaq? Yaş dəqiqləşdirildi


Digərləri 11 Fev 2019 07:48:00 245 0

Kimlər gənc alim hesab olunacaq?  Yaş dəqiqləşdirildi

Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər edilir.

Dəyişikliklərə əsasən, qanuna "gənc alim və tədqiqatçı" anlayışı əlavə edilir.

Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.