Belçikada etirazçılar sabiq baş nazirin evinə hücum ediblər


Dünya 11 Fev 2019 08:07:00 202 0

Belçikada etirazçılar sabiq baş nazirin evinə hücum ediblər

Belçikanın Mons şəhərində fevralın 9-da "sarı jiletlilər" hərəkatının iğtişaş yaratmış 38 tərəfdarı saxlanılıb.

Son.az report-a istinadən bildirir ki, şənbə günü Mons şəhərində "sarı jiletlilər"in aksiyası keçirilib və aksiya sonradan qarşıdurmaya gətirib çıxarıb.

Xüsusilə, aksiyanın bəzi iştirakçıları şəhərin keçmiş meri və Belçikanın sabiq baş naziri Elio Di Ruponun poçt qutusuna fişəng atıblar.