Kimlər gənc alim hesab olunacaq? - Yaş dəqiqləşdirildi


Digərləri 11 Fev 2019 07:45:00 205 0

Kimlər gənc alim hesab olunacaq? - Yaş dəqiqləşdirildi

Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib.

Baki. İlhamə İsabalayeva – Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib. Trend-in məlumatına görə, bununla bağlı "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, qanuna "gənc alim və tədqiqatçı" anlayışı əlavə edilir. Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.