Əfqanıstanda 30 terrorçu məhv edilib


Dünya 10 Fev 2019 23:10:00 182 0

Əfqanıstanda 30 terrorçu məhv edilib

Əfqanıstanın müxtəlif rayonlarında gün ərzində aparılan əməliyyatlar zamanı "İŞİD - Xorasan" terror qruplaşması və radikal "Taliban" hərəkatının azı 30 yaraqlısı məhv edilib.

Son.az report-a istinadən bildirir ki, bu barədə "Khaama Press" agentliyi məlumat yayıb.

"Nanqarhar əyalətinin Hocani rayonunda koalisiyanın endirdiyi hava zərbələri nəticəsində "İŞİD - Xorasan"ın iki yaraqlısı öldürülüb, daha 7 yaraqlı isə Bəlx əyalətinin Şamtal qəzasında və Hilmənd əyalətinin Vaşer qəzasında aparılan analoji əməliyyatlar zamanı məhv edilib", - deyə agentliyin həmsöhbəti bildirib.