Soyuq su içmək artıq çəkidən xilas olmağa kömək edir


Digərləri 10 Fev 2019 22:30:00 191 0

Soyuq su içmək artıq çəkidən xilas olmağa kömək edir

Çəki itirmək deyəndə ilk olaraq idmanla məşğul olmaq və sağlam qidalanma nəzərdə tutulur.

Son.az ölkə.az-a istinadən bildirir ki, bununla yanaşı digər üsullar da var. Bildiyimiz kimi çəki itirmək üçün çoxlu miqdarda kalori yandırmalıyıq. Artıq çəki həddən artıq çox qida qəbulu zamanı yaranır. Bəs orqanizm kalorini necə yandırır?

Orqanizm kalorini metabolizm sayəsində, fiziki aktivlik və həzm sayəsində yandırır. Soyuq su içmək vasitəsilə artıq çəkidən xilas olmaq da mümkündür.

Bu üsul necə yaranıb?

Qida barədə aparılan çoxsaylı tədqiqatlara baxmayaraq, alimlər kalorini effektiv yandırmanı tam anlaya bilmirdilər. Amma 2003-cü ildə alman tədqiqatçı qrupu təcrübədə iştirak edən 14 iştirakçının vəziyyətini analiz edərək məlum etdilər ki, onlar soyuq su içəndə kalori azalması sürətlənir. Məlum olub ki, bir saat ərzində soyuq su içmə kalori yandırmağı 30% artırır. Gün ərzində 2 litr soyuq su içmək isə 200 kalori yandırmaq deməkdir.

Təbii ki, gün ərzində 2 litr su içmək çoxdur. Amma 100 kalori də yandırmaq kifayət qədər ciddi nəticədir. Təəssüflər olsun ki, sonradan məlum oldu ki, təcrübənin üsulu səhvdir və metabolizm 30% yox, bir az artıb.