Dünyada ilk dəfə üzünü qırxan sərkərdə, bərbərliyin yaranması TARİXİ FAKTLAR


Digərləri 10 Fev 2019 21:05:00 301 0

Dünyada ilk dəfə üzünü qırxan sərkərdə, bərbərliyin yaranması  TARİXİ FAKTLAR

Dünya tarixində elə hadisələr baş verib ki, onlar barədə məlumat çox azdır. İlk dəfə Makedoniyalı İskəndərin əskərlərinə üz qırxmağı əmr etdiyi bilinir.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, dünya tarixində də ilk dəfə üzünü tərtəmiz qırxan İskəndər olub. Bu və digər maraqlı faktları tarixçi-alim Əkbər Nəcəf verib.

Deməli ilk dəfə üzünü tərtəmiz qırxan Böyük İskəndər olub. Daha sonra kişilərin üz qırxması dəb kimi yayılıb. O zamanlar bu dəbə qarşı ən sərt etiraz Athenaosa görə filozoflardan gəlib.

Şərqdə isə üz qırxmaq bir təriqəti kimlik idi. Belə ki Qələndəri dərvişləri tüksüz olmaları ilə tanınırdılar. Onlar sadəcə üzlərini deyil, eyni zamanda qaşlarını, saçlarını hətta bədənin bütün tüklərini qırxırdılar. Üstəlik onlar yarı çılpaq dolaşmaları ilə də məşhur idilər.