Məşhur milyarderin UĞUR FORMULU


Digərləri 10 Fev 2019 20:50:00 242 0

Məşhur milyarderin UĞUR FORMULU

İlon Mask günümüzün görkəmli dahisi və eruditidir (müxtəlif sahələrdə bilikləri olan şəxs). Unikal öyrənmək praktikası sayəsində o, bir çox uğurlara imza atıb. Uşaqlıq arzularından heç vaxt vaz keçməyən İlon müxtəlif sahələrdə (proqram təminatı, energetika, nəqliyyat və aerokosmos) milyardlarla dollar dəyərində bir neçə nəhəng şirkətin sahibidir.

Son.az bu yazıda oxucuları dünyanın ən dahi adamlarından biri hesab edilən İlon Maskın illər əvvəl gənclərə ünvanlandığı məktubu ilə tanış edir:

"Uşaqlıqda arzu edirdim ki, varlanıb Avropanın bütün şəhərlərini gəzəcəm. Amma Barselonanın mərkəzində olarkən, o anın xüsusiliyini hiss etmədim. Hər şey ardıcıllıqla, hətta məntiqi şəkildə baş verdi. Yolum kiçik kənddən başlandı və gözlənilməz bir şəkildə paytaxtda davam etdi. Bütün bunlar məndə ona görə alındı ki, arzulamaqdan qorxmurdum.

Məktəbi əla qiymətlərlə bitirmişdim. İmtahan göstəriciləri nüfuzlu bir universitetə qəbul olmağa imkan verdi. Proqramlaşdırma son dərəcədə asan idi. Hər bir profil imtahanı əla qiymətlə yekunlaşırdı. Müəllimlər razı idi, lakin mən şübhələnməyə başlamışdım. Uşaqlıq xəyallarım yox olurdu. Dünya səyahətinə dair düşünməyi dayandırmışdım. Bunun yerinə anketi doldurdum və ən yüksək əmək haqqı üçün gələcəyimi seçdim. Başa düşdüm ki, yanlış yoldayam və o yerdə olmaq istəmirəm.

Böyüdükcə sanki bizə "Xəyallarda uçma, real dünyada yaşa" deyirlər. Əslində, həqiqət bizi əhatə edən şey deyil. Reallığı biz özümüz yaradırıq. Düşüncə, hərəkətlər və ideyalar dünyanı qavramağa təsir edir. Dünya göründüyündən daha elastikdir. Onda lazım olan hər şey var. Bizə yalnız onu almaq qalır.

İstədiyiniz işi, istənilən yerdə görə biləcəyinizə və böyüdükdən sonra istədiyiniz peşə sahibi ola biləcəyinizə dair sizdə güclü inam hissi olub? Sonra isə bütün bunların yasaq olduğunu öyrənirik. Sizə böyüməli olduğunuzu, xəyallara son verməyi, daha ağılla hərəkət etməyi və qarşınıza çox yüksək hədəflər qoymamağı tapşırırlar.

Hər şey proqramçı kimi iş tapmaq xəyalı ilə başladı. 18 yaşındaydım. Sonra başa düşdüm ki, sabahkı uğurlar bu günün səylərinin nəticəsidir. Beləliklə, bacarıqları inkişaf etdirmək üçün üç ayımı sərf etdim. Qışda artıq öz məqsədimə çatdım. Mən çox ağıllı deyiləm, yalnız istədim və aldım.