DÜŞMƏN BÜRCLƏRİN birbirinə nifrət etməsinin GİZLİ SİRLƏRİ


Digərləri 10 Fev 2019 21:00:00 243 0

DÜŞMƏN BÜRCLƏRİN birbirinə nifrət etməsinin GİZLİ SİRLƏRİ

Zodiak işarələrinin uyğunlaşmasını öyrənən münəccimlər bir-biri ilə yola getməyən düşmən bürclərin siyahısını hazırlayıb.

Son.az oxucuları astroloqların hazırladığı siyahı ilə tanış edir. Onlar düşmən bürclərə bir-biri ilə ünsiyyətdən mümkün qədər uzaq durmağı tövsiyə edib.

Qoç

Bu bürcün nümayəndələri sıxıcı və darıxdırıcı insanlardan nifrət edir. Qoçlar ulduz falı üzrə enerji dolu və gülərüzlüdür. Odur ki, Qoçlar passiv, süst və tənbəl insanlarla ünsiyyət qura bilmir. Qoçlar Əkizlərlə tez-tez münaqişəyə girir. Onların düşmənçiliyi Əkizlərin depressiv meyllərinə əsaslanır.

Buğa

Buğalar çox ciddi, güzəştə getməyən və məsuliyyətli insanlara dözə bilmir. Onlar insanlarda xeyirxahlıq və qayğıkeşlik kimi insani keyfiyyətləri yüksək qiymətləndirir. Bu baxımdan Buğalar Oğlaqlarla adətən yola getmir. Buğalar hesab edir ki, Oğlaqlar üçün pul birinci yerdə dayanır, acgözlük və hərislik onların gözünü bağlayıb...

Əkizlər

Əkizlər gülərüz, narahat və vurnuxan insanlardır, onlar asanlıqla heç nədən depressiv vəziyyətə düşə bilərlər. Bu bürcün nümayəndələri qəmgin və sakit insanlardan uzaq durmağa çalışır. Tipik Əkizlər üçün qaramat və darıxdırıcı Balıqlara alışmaq çox ağırdır.

Xərçəng

Həddindən artıq təmkinli Xərçənglər bir qayda olaraq məsafəli davranmağa üstünlük verir, sakit vaxt keçirməyi və həyatın monoton ritmini sevirlər. Onlar heç vaxt heç yerə tələsmir. Odur ki, onlar üçün birnömrəli düşmən Əqrəblərdir. Təlaşlı, canlı, dram dolu Əqrəbləri və həddindən artıq aktiv şəxsiyyətləri Xərçənglər sevmir.

Şir

Özünəgüvən Şirlərdə çox yüksəkdir. Müstəqil, cəsarətli və lider olmağı sevən Şirlərin özü kimilərini görməyə gözü yoxdur. Çünki Şir bürcləri hesab edir ki, bu dünyada kral olmağa ən layiqli namizəd onlardır. Odur ki, ən az onlar qədər özünəinamlı və özü haqqında yüksək fikirdə olan Qız bürcləri əsas düşmənləridir.

Qız

Qız bürclərinin bütün əşyaları hər zaman yerində olmalıdır. Bu, hər şeyə aiddir. Onlar ən çox əşyaların və fikirlərin xaosundan qorxur. Belə adamlar əsəb keçirməmək və depressiyaya düşməmək üçün istənilən səliqəsizlikdən qaçmağa çalışır. Bu baxımdan Qız bürcləri hər yerdə qarmaqarışılıq yaradan Dolçalara nifrət edir.