Qara ciyəri toksinlərdən təmizləyən TƏRƏVƏZLƏRİN SİYAHISI FOTO


Digərləri 10 Fev 2019 20:24:00 193 0

Qara ciyəri toksinlərdən təmizləyən TƏRƏVƏZLƏRİN SİYAHISI  FOTO

Qara ciyərin yağlanması bir çox hallarda insanın ölümü ilə nəticələnir.

Son.az ölkə.az-a istinadən bildirir ki, qara ciyər problemini həll edən üsullardan biri də bitki və tərəvəzlərlə müalicədir. Siyahını oxucularımıza təqdim edirik.

Sarımsaq

Sarımsaq ən yaxşı antioksidantlardan biridir. Qara ciyərin yenilənməsində olduqca vacib qidadır. Sarımsaq qara ciyərdən toksinlərin xaric olunmasını təmin edir. Sarımsağı çiy qəbul etmək məsləhət görülür.

Avokado

Avokado sağlam yağ qəbulu üçün ən uyğun tərəvəz sayılır. Xüsusən də tərkibindəki omeqa-6 ilə qara ciyərin yenilənməsini təmin edir və hüceyrələrə müsbət təsir edir. Avokadonu salatlarda və ya üzərinə limon sıxaraq qəbul etmək olar. Amma gün ərzində bir avokadodan çox qəbul etmək məsləhət görülmür. Avokado qara ciyərin yağlanmasının qarşısını alır.

Üzüm

Sağlam bir qara ciyər üçün vazkeçilməz qidalardan biri də üzümdür. Üzümün çəyirdəyi də qara ciyərin sağlamlığı üçün vacibdir. Aparılan araşdırmalar zamanı məlum olub ki, üzümün çəyirdəyi zədələnən qara ciyər üçün faydalıdır. Eyni zamanda üzüm qara ciyərin toksinlərdən təmizlənməsinə kömək edir.


Xəbərə aid fotolar