Corc Mayklın hər kəsi heyran qoyan GİZLİ QƏHRƏMANLIĞI: üzünü gizlədər və...


Digərləri 10 Fev 2019 20:30:00 202 0

Corc Mayklın hər kəsi heyran qoyan GİZLİ QƏHRƏMANLIĞI: üzünü gizlədər və...

2016-cı ildə dünya şöhrətli britaniyalı müğənni Corc Maykl dünyasını dəyişdi. Milyonların pərəstiş etdiyi Corc olduqca parlaq, eyni zamanda qaranlıq sima idi. Razılaşın, hər birimizin gizli yönləri var.

Təəssüf ki, əsil adı Yorqos Kiriakos Panayotu olan müğənni 53 yaşında dünyasını dəyişir. Yarım əsrdən 3 il artıq müddətdə Maykl cəmyyətin oxuyan səsi olmaqla yanaşı minlərlə insanın qəhrəmanına çevrilməyi bacardı.

Amma onun xeyriyyəçiliyi çox az adama aşkardır.

Son.az Corc Mayklın gizli qəhrəmanlığı barədə yazını təqdim edir:

Karyerası boyu məşhur müğənni milyonlar qazanıb. Lakin pul onun üçün heç vaxt özünü sübut vasitəsi olmayıb. Əksinə qiymətli kağız parçasını dünyanı çirkabdan qurtaran vasitə sayıb. Heç vaxt ailə qurmayıb, övladları da olmayıb. Amma sərvətini xərcləməyə minlərlə insan tapıb.

Qəlbiaçıq, yardımsevər Corc tibb mərkəzlərə və xeyriyyə təşkilatlarına himayədarlıq edirdi. Bununla da qalmır, acı taleyi hisslərinə toxunan köməksizlərə də anonim şəkildə yardım edirdi. Hətta şou proqramları izləyir, müalcəyə ehtiyacı olanların hesabına anonim şəkildə pul köçürdərdi. Minlərlə valideyn himayəsindən məhrum britaniyalı uşaq, Corcun sərvəti hesabına böyüyür. Hətta bəzən uşaq evinə gələr, üzünü eynək və papaqla gizlədib uşaqlara qulluq edərmiş.


Xəbərə aid fotolar