İranda zəlzələ qeydə alınıb


Dünya 10 Fev 2019 19:25:00 183 0

İranda zəlzələ qeydə alınıb

İranın Hormozqan əyalətində 5.2 bal gücündə zəlzələ baş verib. Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:24-də qeydə alınıb, episentr Keşmə dairəsindəki Laft kəndinin yaxınlığına yerləşib. Zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib.

Hadisə nəticəsində üç nəfərin yaralandığı bildirilib. Xəsarət alanlar hadisə yerindən təxliyyə olunublar və xəstəxanaya yerləşdiriliblər.