"Mən yalnız oxumağı sevirdim..." FOTO


Digərləri 10 Fev 2019 19:20:00 234 0

"Mən yalnız oxumağı sevirdim..."  FOTO

81 yaşlı Edita Pyexa: Çıxış etməkdən təngə gəlmək mümkün deyil 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Yalnız nadir ifaçı belə bir yaradıcılıq ömrü ilə öyünə bilər: Edita Pyexa 81-ci doğum ilini səhnədə anşlaqla qeyd etdi və kölgəyə çəkilmək fikrində deyil. "Çıxış etməkdən təngə gəlmək mümkün deyil" - deyə müğənni söyləyir. 

Atam qəddar insan olsa da...

- Edita Stanislavovna, siz mükəmməl görünürsünüz!

- Bu, genetikadır. Mənim atam həmişə yaxşı görünərdi, düzdür, erkən dünyasını dəyişib, amma nənəm, atamın anası 90 ildən çox yaşayıb. O, adamayovuşmaz idi, meşədəki kiçik evdə yaşayırdı və göbələk, giləmeyvə yığırdı, bunlarla da qidalanırdı. Budur, mən də təbiət qoynunda yaşayıram, bu da kömək edir, əsəblərim sakitdir və az qala quş qədər yeyirəm.  

- Özünüzü necə formada saxlayırsınız?

- Belə bir deyim var: vərdiş - ikinci xasiyyətdir. Mən çox yeməyə alışmamışam. Müharibə başlayanda iki yaşım var idi və 9 yaşına kimi dadlı yeməyin nə olduğunu bilmirdim. Atalığım bostanda nə yetişdirsə, biz də onu yeyərdik. Müharibədən sonra o, dovşan və toyuq saxlayırdı və biz onları yalnız bayram vaxtları bişirərdik. Və yeməklər - ət və kartof yeməkləri arasında fasilələr olurdu. Mən də az yeməyə alışmışdım. 

- Atalığınız ailəsini dolandırırdı?

- Atam 1941-ci ildə 37 yaşında vəfat etmişdi. Bu illərin 20 ilini torpaq altında, şaxtada keçirmişdi. Sonra şaxtaya qardaşım düşməli oldu. Müdiriyyəti aldadaraq 17 yaşı olduğunu söyləmişdi, amma onun cəmi 14 yaşı var idi. 3 ildən sonra o, vərəmdən dünyasını dəyişdi. Anam yerin səthində çeşidləyici işləyirdi. Şaxtanın sahibkarının böyük bir evi vardı və həmin evlərdə yalnız şaxtada işləyənlər yaşaya bilərdilər. Qardaşım öldü və bizi evdən qova bilərdilər. Belə olanda, rəfiqəsi anam üçün şaxtada işləyən 39 yaşlı subay bir nəfəri tapdı və "evlənin, yoxsa qızınızla küçədə qalacaqsınız" - dedi. Qardaşımın dəfnindən sonra onlar velosipedlərdə meriyaya evlənməyə yollandılar. Beləcə, biz öz evimizdə qaldıq - iki otaq aşağıda, ikisi yuxarıda, qonşular, beş sotluq bostanla birgə həyət-bacamız oldu. Atam qəddar insan olsa da, mən ona minnətdaram. Kənddə böyümüşdü, deyirdi ki, bir səhvi olanda onu ağacla döyərmişlər. Çoban işləyib, böhran vaxtı bir çox polyaklar kimi iş axtarmaq adı ilə Fransaya getmək istəyib və özünü şaxtada tapmışdı. Atalığım savadsız olsa da, işgüzar adam idi. Kəndlərə gedər, oradan ərzaqla dönərdi. Mən vərəmə təzə tutulan vaxtlar o məni bu ərzaqlarla sağaltdı. O vaxtdan mənim ciyərim zəifdir - bir balaca yelçəkən yerdə olsam, o saat xəstələnirəm. Müharibə bitdikdən sonra atalığım: "mən də polyakam, siz də. Bu kapitalistlərdən canımızı qurtarıb doğma Polşaya qayıdaq" - dedi. O, kommunist idi. Və biz yük vaqonunda Fransadan Polşaya 9 günə çatdıq. İlyarım rus dilini bilmədim. Əyalətimizdə dil müəllimimiz keçmiş hərbçi polyak idi. Universitetin ikinci kursunda mən artıq rus dilini öyrənmişdim. Mənim dil öyrənməyə istedadım var. Polyak, rus, ispan, alman dillərində danışıram.   Dərzi olmaq istəmədim   - Fikirləşirdiniz ki, ulduz olacaqsınız?

- Yox əlbəttə! Məndə təkəbbür yoxdur. Sənətkar olmaq məcburiyyətində də deyildim. Ancaq mahnı oxumağı sevirdim. Bu, mənə anamdan keçmişdi. Qoca vaxtlarında anam simli musiqi aləti olan mandolinada çalmağı belə öyrənmişdi. Mən Leninqrad Universitetindəki Psixoloji fakültəni bitirib, Polşaya qayıdaraq müəllimə işləyər, sonra təqaüdə çıxardım, vəssalam. Məktəbdə 7 illiyi bitirəndən sonra atalığım mənim işləməyimi tələb etdi. Yaxınlıqda tikiş fabriki var idi və o, mənim dərzi olmağımı istəyirdi. Etiraz edib, "mən müəllimə olacağam" - dedim. "Nə? Mən sənə çörək verməyəcəyəm! Gəzib, dolanıb yemək gətirəcəksən!" - deyəndə, "mən təqaüd alacağam" - deyə cavab verdim. Təqaüd aldığım zaman o çox təəccübləndi. Rusiyada oxumaq üçün seçimi qazandıqda isə, o, "mən heç nə başa düşmürəm" - dedi.    Qısa ətəkdə və xizək çəkmələrində keçən konsert

- Bronevski ilə tarixi görüş taleyinizi müəyyənləşdirdimi?

- O, məni polşalı tələbələrin xorunda oxuyarkən eşitmişdi və məndən kömək istədi, onun materialı çatmırdı. Mən onun üçün bir neçə mahnı oxudum... O, çox heyrətləndi: "Bunları haradan bilirsən?" - dedi. "Mən daha çox bilirəm" - dedim. Sonralar o mənim haqqımda anasına danışmışdı. Erika Karlovna Leninqrad kapellasında oxuyurdu, amma məşhur aktrisa ola bilməmişdi. Atası Aleksandr Semyonoviç dənizçi - ikinci dərəcəli kapitan idi. Anası məni nahara qonaq çağırmasını tapşırmışdı. Ata-anası mənə diqqətlə baxır və mənim gəzəyən olmadığıma şübhə edirdilər. Sadə şaxtaçı qızı olduğumu bilib sakitləşdilər. 1955-ci ilin Yeni il gecəsi Bronevski: "konservatoriyada professorlar üçün konsert təşkil olunub, sən də bir-iki mahnı ilə çıxış elə" - deyə mənə təklif etdi. Və budur, mən ağ-yaşıl sviter və sadə, qəhvəyi rəngli ətəkdə səhnəyə çıxdım. Bayırlıq tuflim olmadığından, xizək çəkmələri geyinmişdim. Bu, böyük məharət idi. Belə çəkmələri yalnız varlılar geyinərdi. Mən "Qırmızı avtobus"u oxudum. Zal heyrətdən dondu. San Sanıça baxdım, birdən hər kəs alqışlamağa başladı. Bu mahnını dörd dəfə oxumalı oldum. Bronevskidən "Şura, bu nə idi?" - deyə soruşanda, "sən onların xoşlarına gəlmisən" - dedi. 

- Və yuxudan məşhur ayıldınız?

- Xoşbəxt idim ki, xoşlarına gəlmişdim. Belə bir məqsədim yox idi - mən yalnız oxumağı sevirdim. 


Xəbərə aid fotolar