Bakıda 36 yaşlı qadın itkin düşdü


Digərləri 10 Fev 2019 17:42:00 158 0

Bakıda 36 yaşlı qadın itkin düşdü

Bakıda qadın itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Vaqif Babayev polisə müraciət edərək bildirib ki, fevralın 8-də səhər saat 10 radələrində onunla birgə yaşayan həyat yoldaşı, 1983-cü il təvəllüdlü Şəfa Babayeva yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.