Sumqayıtda məcburi köçkünlərin evlərində yanğın baş verib


Digərləri 10 Fev 2019 17:32:56 203 0

Sumqayıtda məcburi köçkünlərin evlərində yanğın baş verib

Sumqayıtda məcburi köçkünlərin evlərində yanğın baş verib

Bakı. Tural Turan - Sumqayıtda məcburi köçkünlərin evlərində yanğın baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 300 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.