Cənubi Koreyadan ABŞ hərbçiləri ilə bağlı yeni qərar


Dünya 10 Fev 2019 16:54:00 219 0

Cənubi Koreyadan ABŞ hərbçiləri ilə bağlı yeni qərar

Cənubi Koreya ölkə ərazisindəki ABŞ hərbçilərinin bu il üçün saxlanmasına ayıracağı vəsaiti 8,2 faiz artıracaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı tərəflər arasında Koreya yarımadasındakı ABŞ qoşunlarının saxlanma xərclərinin bölünməsi barədə saziş imzalanıb. Sazişə əsasən, Cənubi Koreya 28 min 500 nəfər şəxsi heyəti olan ABŞ qoşununun saxlanması üçün 1,03 trilyon von (890 milyon ABŞ dolları) ödəyəcək. Bununla da tərəflər arasında Amerika qoşunlarının xərclərinin ödənməsi ilə bağlı olan mübahisələrə son qoyulub.