Rumıniyada kasıb insanlara çox mənfi təsir göstərəcək qərar:


Siyasət 10 Fev 2019 13:55:00 262 0

Rumıniyada kasıb insanlara çox mənfi təsir göstərəcək qərar:

Rumıniyada dərmanların ədədlə satışına qadağa qoyulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Avropa İttifaqı yeni qaydalar qəbul edib.

Fevralın 10-dan başlayaraq yeni Avropa direktivi, qaydası əczaçıların xəstələrə yalnız qutu şəkilində dərmanların satışına icazə verir. Yeni qayda Avropa İttifaqına üzv ölkələrdə dərmanların saxta olub olmadığını yoxlamaq məqsədi daşıyır.

Bu qərar Rumıniyada yaşayan kasıb insanlara çox mənfi təsir göstərəcək. Onlar artıq aptekdən bir və ya iki həb dərman ala bilməyəcəklər.

Son.az