Səfir qətlə yetirilən diplomatdan danışdı


Dünya 10 Fev 2019 13:35:00 191 0

Səfir qətlə yetirilən diplomatdan danışdı

Rusiya Federasiyasının hüquq-mühafizə orqanları bu ölkənin Türkiyədəki sabiq səfiri, mərhum diplomat Andrey Karlovun qətli işi ilə bağlı türk həmkarları ilə sıx əlaqədədirlər.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.

"Rusiya hüquq-mühafizə orqanları bu iş üzrə türk həmkarları ilə ən sıx qarşılıqlı təsirlərdədir. İttihamnamə bizə təqdim olunub. Bu, çox həcmli sənəddir - türk dilində bir neçə yüz səhifədir, hansı ki, Rusiyanın səlahiyyətli orqanları tərəfindən diqqətlə araşdırılır. Məhkəmə yenicə başlayıb, ən birinci prosessual prosedurları keçib, iş ağırdır, xeyli sayda müttəhim cəlb edilib", - deyə səfir müsahibəsində bildirib.