"Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib"


Digərləri 10 Fev 2019 12:49:00 212 0

"Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib"

Millimizin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç "Sumqayıt" - "Qarabağ" görüşünü canlı izləyib.

Son.az Goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı görüşün fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

- Azərbaycanda ilk oyuna baxırsız.

- Elədir. "Qarabağ" "Sumqayıt"dan yaxşı oyun göstərir. İlk hissənin nəticəsi oyuna görədir.

- Rəsmən millimizin baş məşqçisi olmaq üzrəsiz. Azərbaycan futbolu ilə maraqlanırsız?

- Yetərincə məlumatlıyam. Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm. İkinci dəfədir Azərbaycandayam. Kifayət qədər məlumat yığmışam. Azərbaycana bağlılığı olan məşqçilərdən hər şeylə maraqlanmışam. Robert Prosineçki və onun köməkçisiylə danışmışam.

- Belə məlumatlar var ki, millinin baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə qoyulub.

- Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdir.