Çində zəncirvari yol qəzası:


Dünya 10 Fev 2019 12:13:00 220 0

Çində zəncirvari yol qəzası:

Çinin Anxoy vilayətində magistral yolda 23 avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə fevralın 10-da səhər saat 5:00 radələrində Ançin şəhəri yaxınlığında baş verib. Dörd nəfər hadisə yerində, digəri isə xəstəxanada ölüb. Qəzadan sonra bir neçə saat magistralda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırlıb.

Qeyd edək ki, son günlər Çinin şərq vilayətlərində, o cümlədən Anxoyda qarlı və şaxtalı hava şəraiti müşahidə olunur. Bu cür hava şəraiti yolların buz bağlamasına, nəticədə avtomobil qəzalarının baş verməsinə səbəb olub.

Son.az