Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 10 Fev 2019 11:00:00 188 0

Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib.

Bakı. İlhamə İsabalayeva - Çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-90 faizini təşkil edir. Tranzit çaylarda son vəziyyətə gəlincə, fevralın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 125 kub/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 195 kub/s olmaqla ongünlük normanın 117 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 64 kub/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 43 kub/s təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.