Tramp müsbət dəyişikliklərdən danışdı


Dünya 10 Fev 2019 09:34:00 195 0

Tramp müsbət dəyişikliklərdən danışdı

ABŞ prezidenti Donald Tramp son 2 il ərzində, sabiq prezident Barak Obamanın hakimiyyətdə olduğu vaxtla müqaisədə, iqtisadiyyatda müsbət dəyişikliklərə nail olunduğunu bəyan edib.

Son.az Trend-ə istinadən bildirir ki, Tramp "Obamanın administrasiyasına və onun bütün işinə baxmayaraq ABŞ-da gözəl istisadiyyatın" olduğunu deyib.

D.Tramp qeyd edib ki, Obamanın administrasiyası əlavə çətinliklərə səbəb olan iqtisadi sahədə səhv qərarlar verib: "Əgər bu kimi düşüncə 2016-cı ildə üstünlük təşkil etsə idi, ABŞ indi depressiyaya məruz qalardı".