Abituriyentlərin nəzərinə:


Digərləri 10 Fev 2019 09:08:00 273 0

Abituriyentlərin nəzərinə:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün internet vasitəsilə 28 337 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində ümumilikdə 55 binada təşkil olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. Buraxılış rejiminin yeni qaydalarına əsasən imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayacaq. İmtahan iştirakçıları bunu nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahanın müddəti 3 saatdır. Yazı tələb olunan açıq tipli tapşırıqların cavabları cavab vərəqində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə cavab kartında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.