Sudan və Cənubi Sudan sərhədində helikopter qəzası: 3 ölü


Siyasət 10 Fev 2019 09:14:00 182 0

Sudan və Cənubi Sudan sərhədində helikopter qəzası: 3 ölü

Sudan və Cənubi Sudanın sərhədində BMT sülhməramlı missiyasınını yerləşdiyi ərazidə hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, helikopterin göyərtəsində 23 nəfər olub. Ölənlər ekipaj üzvləridir, daha 10 nəfər xəsarət alıb, onlardan 3-ü kritik vəziyyətdədir.

Qəzanın səbəbi məlum deyil.

Son.az