Dubayda hər ay 100ə yaxın restoran və kafe açılır


Dünya 10 Fev 2019 08:31:00 265 0

Dubayda hər ay 100ə yaxın restoran və kafe açılır

Dubay şəhərində hər ay 100-ə yaxın restoran və kafe açılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Dubay əmirliyinin İqtisadı inkişaf departamentinin qeydiyyat və lisenziya şöbəsinin hesabatında məlumat verilir. 2018-ci ildə Dubayda 1109 kafe və restoranlar açılıb, bu keçən illə müqayisədə 9,7% çoxdur. Son hesablamalara görə, əmirlikdəki turistlərə və yerli əhaliyə xidmət göstərən yeni restoran və kafelərin ümumi sayı 11,813 çatıb.

Qeyd olunur ki, yeni otellərin, əyləncə mərkəzlərinin, tematik parkların inşa edilməsi və digər infrastruktur layihələrin həyata keçirilməsi restoran biznesinin genişlənməsinə rəvac verib.