Qonaq getdiyi evdən külli miqdarda pul oğurlayan şəxs tutulub


Kriminal 10 Fev 2019 08:38:00 210 0

Qonaq getdiyi evdən külli miqdarda pul oğurlayan şəxs tutulub

Fevralın 8-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə xidməti ərazidəki evlərin birindən oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.

DİN-in Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, zərərçəkən M.Abdullayev evindən 6650 manat və 1400 ABŞ dolları pul oğurlandığını bildirib.