Kriptovalyuta bazarında bitkoinin payı il ərzində 56 faiz artıb


Digərləri 10 Fev 2019 07:32:00 224 0

Kriptovalyuta bazarında bitkoinin payı il ərzində 56 faiz artıb

Son il ərzində rəqəmsal pul bazarında bitkoinin payı 56 faiz artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ilin fevralında kriptovalyutanın dominantlığı 34 faiz təşkil edib, hazırda 53 faizdən yuxarıdır. Bir çox altkoinlərin (bitkoindən savayı bütün kriptovalyutalar) mövqeyi bu müddət ərzində ciddi şəkildə zəifləyib. Belə ki, "Ethereum"un göstəriciləri 20 faizdən 10 faizə düşərək 2 dəfə, "Bitcoin Cash" isə 5,62-dən 1,84 faizə düşərək 3 dəfə azalıb. "NEM" (1,2-0,3 faiz) və "NEO" (1,6-0,4 faiz) 4 dəfə azalaraq daha çox zərər çəkiblər.

Öz mövqelərini ən yaxşı qoruyan "XRP" və "Litecoin" altkoinləri olub. San-Fransiskodan olan "Ripple" şirkətinin kriptovalyuta payı üçdəbir dəfə - 10,76 faiz artıb. Çarli Linin pulu isə özünün əvvəlki mövqeyini - rəqəmsal pul bazarında 2 faiz payını qoruyub saxlayır.